Sazz Azərbaycan dilinə sayğısızlıq edir
Ölkənin ən iri internet-provayder şirkətlərindən biri olan Sazz-dan ana dilimizə növbəti hörmətsizlik.
Adıçəkilən provayderin adından mobil telefon sahiblərinə gələn çoxsaylı mesajlar artıq hamını təngə gətirib.
Aldığı pulun müqabilində vəd etdiyi internet sürətini istifadəçilərə verməyən, bütün fəaliyyətini “xaltura” üzərində quran provayder artıq xalq arasında sürətlə gözdən düşür.
Sazz-ın mərkəzi ofisindən etibarlı mənbənin verdiyi məlumata görə, son aylar Sazz istifadəçilərinin sayında kəskin suratdə geriləmə müşahidə edilməkdədir. Belə ki, keyfiyyətsiz xidmət üzündən Sazz-dan istifadə edən vətəndaşların 30%-dən çoxu artıq onun xidmətindən imtina edib.
İstifadəçi sayının kəskin düşməsi ilə gəlirləri azalan şirkət rəhbərliyi çarəni vətəndaşların “beyinlərini yeməkdə” tapıb. Bütün mobil telefon operatorlarından istifadəçilərə gün ərzində onlarla reklam mesajı göndərilir. Artıq Sazz-ın mesajlarını silməyə belə vaxt çatmır. İstifadəçilərin dediyinə görə, xidməti nə qədər bağlasalar da, sutka ərzində Sazz-ın “zəhlətökən” mesajlarından lap təngə gəliblər.
Gələn mesajların mətni isə erməni budaq cümlələrindən təşkil olunmuş söz yığınından ibarətdir. Ana dilimizə hörmətsizliyin bu həddinə yəqin ki, Ermənistanda belə rast gəlmək mümkün deyil.
Ölkə.az