“COP29 tədbiri zamanı dünyanın gözü Azərbaycanda olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra gözləntilərdən və mümkün dəyişikliklərdən danışan 59 saylı Quba seçki dairəsindən namizədliyini irəli sürən Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, yeni parlamentin necə və hansı işləri görəcəyini zaman göstərəcək.
“Ümumiyyətlə, seçkilərdən sonra bir sıra mühüm məsələlər və tədbirlər gözlənilir. COP29 tədbiri zamanı dünyanın gözü Azərbaycanda olacaq. Bu, təbii olaraq, böyük hadisədir. Əlavə olaraq, miqyasına görə böyük sayılan bələdiyyə seçkiləri də gözlənilir. Bir sözlə, ilin sonuna qədər məhsuldar proseslərin şahidi olacağıq.
Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması da mümkündür. Seçkilərdən sonra sadalanan müsbət dəyişikliklər müşahidə edəcəyimizə şübhə yoxdur”, – deyə namizəd bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az