Səfirliklərin mühafizəsi gücləndirilib
Misirin təhlükəsizlik xidmətləri Qahirədəki diplomatik nümayəndəliklərin mühafizəsi üçün əlavə tədbirlər görür. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə Böyük Britaniya və Kanada səfirliklərinin təhlükəsizlik mülahizələrinə görə bağlanması səbəb olub. Misirin DİN nümayəndəsinin dediyinə görə, hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etmək üçün hər cür lazımi tədbirlər görür, xarici nümayəndəliklərin və oradakı bütün xarici vətəndaşların təhlükəsizliyini təmin edirlər.
Əldə edilən məlumata görə, bəzi digər diplomatik nümayəndəliklər də Qahirənin təhlükəsizlik idarəsindən mühafizənin gücləndirilməsini xahiş ediblər.
Qeyd etmək lazımdır ki, Azərbaycanın diplomatik missiyası da Qahirədə ara-sıra baş verən iğtişaşlar fonunda öz təhlükəsizliyini gücləndirməyi qərara alıb.
(arxiv.az)