!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirliyə hücumun arxasındakı "GÜC": "Üçüncü tərəfin izlərini axtarmaq doğru olar"

!Reklam – Yazi

“İran heç bir halda belə bir vəziyyətin baş verməsində maraqlı deyil”.

Bunu Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İran heç bir halda belə bir vəziyyətin baş verməsində maraqlı deyil:

“İranda Azərbaycan səfirliyinə edilmiş terror aktının nəticələri araşdırılır. Baş verən hadisənin İranla hərbi qarşıdurmaya gətirib çıxaracağını düşünmürəm. İran təhlükəsizlik orqanlarının araşdırmasına görə, saxlanılan şəxs hadisəni şəxsi münasibətlər zəmnində törədib.

Təbii ki, hadisə diplomatik münasibətlərdə gərginlik yaradacaq haldır. Erməniyönümlü siyasi beyin mərkəzləri Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda təhrikedici addımlar ata bilərlər. Xüsusən bu cür provakasiyaların ssenariləşdirilməsi və gerçəkləşdirilməsinin Ermənistanın maliyyələşdirdiyi terror mərkəzlərinin işi olması ehtimalı hər zaman var. Əlli il öncə bugünkü tarixdə türk diplomatı ermənilər tərəfindən terror aktı törədilərək qətlə yetirilib. Buna görə İrandan daha çox, baş verən hadisələrdə üçüncü tərəfin izlərini axtarmaq doğru olar. Çünki İran heç bir halda belə bir vəziyyətin baş verməsində maraqlı deyil. Çünki diplomatik korpuslarının yerləşdiyi ərazilərə İran birbaşa cavabdehlik daşıyır.

Araşdırmaların nəticəsini gözləmək lazımdır. Düşünürəm ki, vəziyyət üzrxahlıqla yekunlaşacaq və münasibətlər daha da gərginləşməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv