!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Musa Yaqubun qızından ürəkparçalayan sözlər: “Dedi orada ölmək istəyirəm”

!Reklam – Yazi

Səhhəti ağırlaşan tanınmış şair Musa Yaqub xəstəliklə mübarizə aparır.

Yenicag.az-a açıqlama verən şairin qızı Yaqut atasının artıq yeriyə bilmədiyini deyib:

“Atam əvvəllər ürəyindən müalicə alırdı, təngnəfəslik ona əziyyət verirdi. Amma indi təngnəfəsliyi aradan qalxıb, “Parkinson” xəstəliyindən əziyyət çəkir. Dərmanlarını dünən xarici ölkədən gətizdirdik, amma hələ də vəziyyəti yaxşı deyil. Xəstəlik çox irəliləyib, atam yeriyə bilmir. Hər zaman çöldə-bayırda olan şair üçün yatağa məhkum olmaq çox ağırdır. Danışığında da problemlər var. Amma bununla belə yaddaşı üstündədir. Dünən mənə dedi ki, gündəliyimi gətir, bir şeir deyəcəm, onu yazarsan. “Buynuz qəbiristanlığı” adlı elə gözəl şeir dedi, təəssüf ki, onu yazmağa macalım olmadı”.

Yaqut xanım Musa Yaqubun ölümdən qorxmadığını deyib:

Atam deyir ki, ölümdən qorxmuram, doğmalarıma əziyyət verməkdən qorxuram. Deyir istəyirəm ki, gecə yatım, səhər yuxudan ayılmayım. Ona baş çəkməyə gələn Sabir əmiyə (Sabir Rüstəmxanlını nəzərdə tutur-C) də belə dedi. Amma yaşamaq eşqi hələ də güclüdür. Dünən mənə dedi ki: “Qızım, Türkiyədə bir həkim deyib əməliyyat olunsan, bu xəstəlikdən qurtulmaq olar. Yaşıma görə məni əməliyyat etməzlər. Amma bəlkə həkimə deyim məni əməliyyat etsin, elə orada ölmək istəyirəm”. Atamın bu sözləri ürəyimi parçaladı”.

Cəvahir

COP29

www.yenicag.az

4688
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv