Səidə GÖZYAŞI TÖKDÜ: “Bu yaşımda ana olmuşam, imkan verin, yaşayım”

media-hightechnic-468x90

“Mən 35 yaşımda ana olmuşam. Allah bu yaşımda mənə övlad payı verdi. imkan verin, yaşayım”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova “Öz aramızda” verilişində xalalarına və bacısına xitabən deyib.

Efirdə gözyaşı tökən sənətçi onun ailə işlərinə qarışan, həyat yoldaşı ilə arasını vurmaq istəyən xalalarına səslənib:

“Mən 35 yaşımda ana olmuşam. Allah bu yaşımda mənə övlad payı verdi. Bəlkə də, ürəyimə görə verdi. İmkan verin, yaşayım… 46 yaşım var, indiyə qədər bir insana tabe olmuşam, atama. O da dünyasını dəyişdi, canıma yananım getdi. Bu gündən sonra yoldaşıma, balama, Allahıma tabeyəm. Bilirəm, Brilliant xanım, siz həmişə mənim yanımdasınız. Amma bunu başqa cür də edə bilərdiniz”.

Xatırladaq ki, Xalq artist Brilliant Dadaşova Səidənin həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığını, bununla bağlı Səidənin səs yazısı olduğunu da deyib. O hər zaman Səidəyə dəstək olacağını da bildirib. Bu açıqlama Səidənin xoşuna gəlməyib.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa