Şəkidə yük maşını qəzaya düşdü

media-hightechnic-468x90

Şəkidə yol qəzası baş verib, yaralılar var.

Yenicag.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Zəyzid kəndində baş verib.

Belə ki, Ağcabədi rayon sakini Ziyad Əliyev idarə etdiyi “Qazel” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili aşırıb.

Hadisə zamanı sürücü Ziyad Əliyev xəsarət almasa da onun sərnişini 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Alıyev Pənah Əfqan oğlu aldığı bədən xəsarətlər ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600