“Seksenler”in baş rol ifaçısı vəfat etdi

Türkiyənin tanınmış aktyoru Rasim Öztəkin vəfat edib.

Yenicag.az xəbər verir ki, ötən gün infarkt keçirən Rasim Öztəkinin həyatını xilas etmək mümkün olmayıb.

Aktyorun ölüm xəbərini səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” hesabından etdiyi paylaşımla bildirib.

Qeyd edək ki, Rasim Öztəkin “Seksenler”, “Düğün dernek”, “Mandıra filozofu” və bir çox film-serialda müxtəlif obrazlara can verib.

O, türk teatrının varlığını təmsil edən papağı (kavuk) bir müddət öncə hamının “Arka sokaklar” serialından “Mesut” kimi tanıdığı Şevkət Çoruha vermişdi.