Şəmkirdə itkin düşənin meyiti dağda tapıldı

media-hightechnic-468x90

Ötən gün Şəmkirdə itkin düşmüş şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600