“Sən bizim polisi belə aciz görmüsən?”

media-hightechnic-468x90

88898Millət vəkili Etibar Hüseynov parlamentin bugünkü iclasında Azərbaycan polisinin hüquq və səlahiyyətətinin artırılması təklifi ilə bağlı çıxış edib.

Millət vəkili qeyd edib ki mətbuatda elə gün yoxdur ki, Azərbaycan polisinə zorakılıq, üstünə maşın sürmək, paqonunun sökülməsi hallarını əks etdirən xəbərlərə rast gəlməyək:”Kütləvi iğtişaşlar istisna olmaqla, dünyanın hansısa ölkəsində belə halların şahidi olmamışam. Biz polisə qarşı hörmətimizi dəyərləndirməliyik. Onlar böyük tıxaclar vaxtı yayın istisi, qışın soyuğunda gərgin rejimlə işləyirlər. Küçədə birini bıçaqlayanda polis gəlməmiş həll olmur. Adi vaxtda isə polisin göstərişlərinə əməl etmirlər. Rusiyada polisin göstərişinə dizləri titrəyərək əməl edən şəxs Azərbaycan sərhədini keçəndə polislə aqressiya ilə danışırlar”.

Spiker Oqtay Əsədov millət vəkilinin çıxışına isə belə reaksiya verib.

“Sən elə danışdın ki, məni ağlamaq tutdu. Sən bizim polisi belə aciz görmüsən? Polislərimizin hər cür səlahiyyətləri var. Mən eşitməmişəm ki, polisi kimsə döysün. Polislərimizin hamısı özlərinə də, dövlətə də cavab verən adamlardılar”(qafqazinfo).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600