“Səni Axtarıram”ın Xoşqədəmə aidiyyatı yoxdur”
Yenicag.az xəbər verir ki, ATV telekanalının Xoşqədəm Hidayətqızının bu gün keçirdiyi mətbuat konfransında televiziyanın və onun rəhbəri Büqar Qaradağlınını ünvanına səsləndirdiyi sərt ittihamlara cavabı gecikməyib. Televiziyadan “qafqazinfo”ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik:
““Səni Axtarıram” verlişinin müəlliflik hüququ Xoşqədəm xanıma aid deyil. Layihənin 2 müstəsna hüquqi sahibi vardır. Müəllif Hüquqları Agentliyi tərəfindən bu sənəd 11.10.2013 tarixdə qeydiyyata alınıb. Və burada da açıq şəkildə göstərilib ki, 1-ci müstəsna Hüquq sahibi Azad Azərbaycan MTRK-dır. 2-ci Xoşqədəm Hidayətqızı və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin ardıcıllıq nömrəsindəndə aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV kanalıdır.
2. Bəli bu səlahiyyətin tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina edib. Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib.
3. Digər tərəfdən verliş ATV-də yaranıb. O vaxt vitse prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layıhə kənarda hansısa prodakşının və yaxudda konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub.
4. Xoşqədəm xanımın “söhbəti olduğu kimi danışacam” deməsinə gəlincə, bu məqama vaxtı gəldikdə aydılıq gətirilə bilər.
5. Xoşqədəm xanım bildirib ki, bu verlişin gəlirinin 50%-i mənə çatmalı idi. Hər bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabır 2013-cü il tarixində ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin “maliyə şərtləri və ödəniş qaydalar” hissəsində açıq göstərilib ki, “Səni axtarıram” televizya verlişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə verilişin ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi onunla “Azad Azərbaycan” MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həyata keçirilir.
Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, “Tərəflərin qarşılıqlı razılığı ilə “Səni axtarıram” televizya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verlişin ssenari müəllifi və aparıcıəsına qonarar ödənilməyəcəkdir.
6. O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layıhədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxiı 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırdada şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib.