!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SEPAH-dan "davam" siqnalı: "İsrail dağıdıcı hücumlarla üzləşəcək"

!Reklam – Yazi

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailin önəmli hərbi-təhlükəsizlik obyektlərini onlarla ballistik raketlə atəşə tutub.

Yenicag.az xəbər verie ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanata əsasən, İran “HƏMAS” lideri İsmayıl Həniyyənin Tehranda öldürülməsi ilə suverenliyinin pozulması, eləcə də “Hizbullah” lideri Həsən Nəsrullah və SEPAH-ın komandan müavininin Abbas Nilfuruşanın Beyrutda öldürülməsinə qarşı bir müddət təmkinlik göstərdikdən sonra raket hücumunu həyata keçirib.

SEPAH bildirir ki, bu əməliyyat İranın Ali Milli Təhlükəsizlik Şurası, Silahlı Qüvvələrin Baş Qərargahı və Müdafiə Nazirliyinin təsdiqi ilə həyata keçirilib.

“Xəbərdarlıq olunur ki, İsrail İranın qanuni hüququ və beynəlxalq qanunlara uyğun olaraq həyata keçirilən bu əməliyyata hərbi reaksiya verərsə, növbəti və dağıdıcı hücumlarla üzləşəcək”, – deyə bəyanatda bildirilir.

SEPAH əməliyyatın detalları haqda məlumat veriləcəyini bildirib.

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv