!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiya ilə Azərbaycana fərqli münasibət: Moskva ənənəvi siyasətini dəyişmir

!Reklam – Yazi

Rus siyasətçilərinin ikiüzlüyü daim özünü göstərməkdədir. Belə ki, şimal ölkəsinin xarici işlər naziri Sergey Lavrov Bakıda və İrəvanda səfərdə olarkən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək istiqamətində bir kəlmə də olsun danışmadı. Lakin bu günlərdə Serbiyaya gedərək, ölkənin prezidenti Aleksandr Vuçiçlə görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko uca səslə bəyan edib ki, Rusiya Kosovo məsələsində birmənalı olaraq, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Maraqlıdır, separatizmlə üzləşən bu iki ölkəyə münasibətdə Moskva fərqli və bir-birinə zidd baxışları ortaya qoyur.

Görəsən, niyə?

Politoloq Taleh Əliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, Rusiya rəsmilərinin Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan etməsinə rəğmən, Azərbaycana gələndə “ağızlarına su alması” məsələyə münasibətdə ikili standartlardan çıxış etmələrindən qaynaqlanır:

“Bilirsiniz ki, Balkanlarda Serbiya, Qafqazda isə Ermənistan bilavasitə Rusiyanın dəstəyilə yaradılaraq, bu gün də mövcudluğunu davam etdirən ölkələrdəndir. Ona görə də Kreml rəhbərliyinin həm Ermənistana, həm də Serbiyaya münasibətdə yürütdüyü xarici siyasəti Azərbaycan və digər region ölkələrinə münasibətdə sərgilədiyi siyasətindən fərqli olub. Bu səbəbdən də Lavrov regiona səfəri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı fikir bildirməsə də, digər rus rəsmisinin Serbiyaya olan münasibəti başa düşüləndir. O mənada ki, həmin mövqe Rusiyanın xarici siyasətində ikili standartlardan istifadə etdiyinin bariz nümunəsidir. O ölkələr ki regionda Rusiyanın əsas dayağı sayılır, Moskva onların da marağını özünün xarici siyasətinin prioriteti hesab edir, dəstək verir. Moskva ilə bu və ya digər məsələlərdə tam həmrəy olmayan və müstəqil siyasət yürüdən ölkələrə münasibətdə isə Rusiyanın mövqeyi dediyimiz kimi ikili standartlarla müəyyənləşir. Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımlar da Kremli qane etmir. Ona görə də Rusiya rəsmilərinin açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı fikir səsləndirməkdən qaçmaları Moskvanın öz milli maraqlarını ikili standartlardan çıxış edərək, həyata keçirtmək niyyətindən qaynaqlanır”.

ELÇİN

COP29

www.yenicag.az

2169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv