Serbiyanın səfiri Afaq Məsudla görüşdü

media-hightechnic-468x90

175292665172eb8a59650dfd14a4b8efSerbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç və müşaviri Milorad Srevar fevralın 18-də Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüblər. Mərkəzdən verilən məlumata görə, görüşdə A. Məsud səfirə mərkəz və onun gördüyü işlər barədə danışaraq ölkədə tərcümə işinin qurulmasına dair fikirlərini bölüşüb: “Fəaliyyətə 2014-cü ilin avqust ayının 16-dan başlasa da, qurum qısa müddət ərzində dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, tərcümə sənətinə marağın artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, mütəxəssis hazırlığı, beynəlxalq aləmlə ədəbi-mədəni mübadilələrin təşkili istiqamətində əhəmiyyətli işlər görüb. Lakin əsas işimiz qarşıdadır. Biz hazırda ölkə üzrə fəaliyyətdə olan tərcüməçi kadrların kvalifikasiyası ilə bağlı müəyyən tədbirlər hazırlayırıq”.

Direktor bədii tərcümə istiqamətində görülən işlər barədə də səfiri məlumatlandıraraq serb ədəbiyyatından tərcümə olunan əsərlərdən bəhs edib: “Görkəmli serb yazıçısı Milorad Paviçin əsərləri dilimizə tərcümə olunaraq nəşr edilib. Hazırda mərkəzin sifarişi ilə məşhur serb yazıçısı, Nobel mükafatı laureatı İvo Andriçin əsərləri tərcümə edilir”.

N. Rodiç dəvətə görə mərkəz rəhbərliyinə təşəkkürünü bildirib: “Mən bu binaya təkcə dövlət rəsmisi kimi yox, həm də bir tələbə kimi gəlirəm. Çünki burada Azərbaycan dilini öyrənirəm. Bildirmək istərdim ki, Serbiyada Tərcüməçilər Birliyi mövcuddur və bu sahəylə həmin bu qurum məşğul olur. Tərcümə işlərinin həyata keçirilməsinə Tərcüməçilər Birliyi icazə verir. Ayrı-ayrı şəxslərin müraciəti ilə də hər hansı bir əsər tərcümə oluna bilər, bu zaman Tərcüməçilər Birliyi bu məsələyə baxır”.

Görüşün sonunda Afaq Məsud mərkəzin yenicə nəşr etdiyi “Serbcə-azərbaycanca lüğət” kitabını və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəvəti ilə Bakıda qonaq olmuş Milorad Paviçin həyat yoldaşı Yasmina Mixayloviçin Bakı haqqında yazdığı “Xəzər dənizinin sahillərində” kitabını qonağa hədiyyə edib.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600