Sərhəd-keçid məntəqələrində gözləyən yük maşınlarının sayı açıqlandı

media-hightechnic-468x90

Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir.

Bu barədə Yenicag.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 176 ədəd yük maşını gözləyir: “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, “Astara” gömrük postunda 7 və “Xanoba” gömrük postunda 5 yük maşını var.

Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600