Sərhəddən 3 tona yaxın heroin ələ keçirildi

media-hightechnic-468x90

82309Batumi şəhər məhkəməsi Gürcüstan ərazisindən 2,79 ton maye heroini keçirməkdə ittiham olunan Türkiyə vətəndaşı Bayram Coşqunu qiyabi olaraq müddətsiz həbs edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu haqda “Rustavi-2” televiziya kanalı xəbər verib.

Məhkəmənin qərarı ilə Gürcüstan vətəndaşı Yevgeni Qorqadze və Türkiyə vətəndaşı Şefik Semizoğlu isə bəraət alıblar.

Dəyəri 100 milyon dollar olan narkotikin böyük hisəsinin aşkar edilməsindən iki həftə sonra Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze bildirmişdi ki, maye heroin “Taliban” hərəkatına məxsusdur.

Qeyd edək ki, keçən il iyunun 12-də Gürcüstan Daxili İşlər Nazirliyinin əmədkaşları yük maşınına baxış keçirərkən 93 milyon dollarlıq heroin aşkar etmişdi. Maşın narkotikləri tranzitlə İran, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisi ilə Moldavaya daşıyırmış.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600