!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şərifzadə küçəsində anormal avtobus ZOLAĞI – Sürücülər narazılıq edir – VİDEO

!Reklam – Yazi

Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağınının çəkilməsindən sonra sürücülər buradakı ağacların budanmamasına görə avtobusların zolağa daxil ola bilməməsindən şikayətlənir. Belə ki, avtobuslar zolaqla deyil, yolun minik avtomobilləri olan hissədə hərəkətini davam etdirir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan Yenicag.az-a bildirildi ki, Şərifzadə küçəsində avtobusların hərəkətinə mane olmaması üçün ağacların budanması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib ki, zolağı çəkməmişdən əvvəl bunu düşünmək, daha sonra tətbiq etmək lazım idi ki, ən azı hələlik həmin ağaclar budanmayana qədər o avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olmağına icazə verilsin:

“Sürücü, doğurdan da, doğru irad bildirir. Əgər Şərifzadə küçəsində avtobus zolağı çəkilənə qədər 4 zolaq (üst zolaq – R.H) – 4 yol olduğunu nəzərə alsaq, indi həmin yol daha da darlaşıb. Nəticə etibarı ilə onsuz da kritik Şərifzadə yolunda sıxlıq və tıxacları daha da artırmış olacaq. Sürücünün məhz əsaslı iradına əsasən, bunu söyləmək olar ki, avtobusların hündür olmasını və orada budanmamış ağacların olmasını nəzərə alsaq, yol hərəkətinin təşkili ilə məşğul olan quruma müraciət etsəz fikir bildirəcəklər ki, zolağı çəkmişik və ağacları budamaq digər qurumların işidir deyə biz cavabdehlik daşımırıq”.

Ekspert əlavə edib ki, bu, əslində absurd yanaşma olacaq.

“Ümumiyyətlə, yol hərəkətinin təşkilində o qədər qüsurlar var ki, Şərifzadə küçəsi ilə yanaşı, paytaxtın bir çox küçələrində həmin zolaqlar, dayanma-durma nişanları tətbiq tətbiq olunub. Bu da iaşə obyektlərinə, sərnişin mindirib düşürməyə, zolağa daxil olmaq büdcəyə zərər vuralacaq qədər cərimə ilə tətbiq olunur.

Düşünürəm ki, bu da kökündən yanlış yanaşmadır. Həmin o zolağı tətbiq etməmişdən öncə digər məsələlər qaydasına salınmalı idi ki, yekunda bu kimi hadisələrlə rastlaşmazdıq”, – deyə o fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv