Sərxoş kişi küçədə soyuqdan donaraq öldü

media-hightechnic-468x90

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib./APA/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa