Sərxoş kişi xiyabana hücum etdi-Video
Tovuzda sərxoş şəxs Şəhidlər Xiyabanında işıq plafonlarını sındırıb.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, fevralın 2-də gecə saatlarında naməlum şəxs və ya şəxslər xiyabanın hasarının üzərinə yerləşdirilən 10-a yaxın işıq və planfonı sındıraraq tam yararsız hala salıblar. Şəhidlər xiyabanın ərazisində yerləşən məscidin axundu hadisədən xəbər tutan kimi hüquq mühafizə orqanlarına məlumat verib. Tovuz rayon Polis Şöbəsindən bildirilib ki, hadisəni tüfeyli həyat tərzi keçirən sərxoş rayon sakini törədib və hazırda onun saxlanılması istiqamətində iş aparılır.
Gecə qırılan plafonlar bu gün bərpa edilib.