Səudiyyə səhvən husiləri silahlandırdı
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri koalisiyası havadan səhvən Yəməndə husi üsyançılarına silah atıb.
Yenicag.az , koalisiya qüvvələrinin təyyarə ilə Ədən şəhərinə atdığı silah qutuları husilərin əlinə keçib.
Həmin silahlar sabiq Yəmən prezidenti Abd Rəbbu Mənsur Hadi tərəfdarlarının yaratdığı “xalq komitələri”nə dəstək üçün nəzərdə tutulubmuş.
Qeyd edək ki, husilərin üsyanı nəticəsində Abd Rəbbu Mənsur Hadi hakimiyyətdən devrildikdən sonra Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri, eləcə də Misir və İordaniya Yəmənə qarşı hərbi əməliyyatlara başlayıb.
Siyasi müşahidəşilər ərəb ölkələrinin bu addımını təriqət davası kimi qiymətləndirir.