Reklam

Reklam

qqq1467627429İyulun 3-də Moskvanın şimal-qərbində sevgili cütlüyü oturduqları ağacın altında ildırım vurub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, elektrik yükünün təsirindən onların hər ikisi oradaca ölüblər.

Sonradan məlum olub ki, faciənin qurbanı olanlar Axtubinsk şəhərinin 42 yaşlı sakini Natalya B. və onun Moskva sakini 32 yaşlı sevgilisidir. Cütlük Stroqin yarımadasında yağışdan qorunmaq üçün böyük bir ağacın altına sığınıblar. Şahidlərin sözlərinə görə, ildırım ağacı vurandan sonra hər ikisi yerə sərilib.

“Zərbə o qədər güclü olub ki, kişini bir neçə metr aralı tullayıb. Onun meyiti çayda axtarılır. Qadın isə elə ağacın altında ölmüş vəziyyətdə qalıb”, – hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Cütlüyün çimərliyin yaxınlığında – Planer küçəsində yaşadığı məlum olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 149
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."