Sevgilisi ilə dalaşan qadın özünü pəncərədən atdı-Video,Foto

media-hightechnic-468x90

85498Sevgilisi ilə dalaşan gənc qadın pəncərədən yıxılıb. Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə Türkiyənin İzmir şəhərində martın 7-dən 8-ə keçən gecə saat 4 radələrində baş verib.

Gənc qadın sevgilisi ilə dalaşdığı üçün pəncərəyə çıxaraq intihar etmək istəyib. Ayağı sürüşən qadını sevgilisi tuta bilib. Lakin qadın bir müddət pəncərədən asılı qalandan sonra özünü saxlaya bilməyib və gücü tükənərək 3-cü mərtəbədən yıxılıb. Ağır yaralanan qadın xəstəxanaya aparılıb.

İçkili olduğu iddia edilən qadın pəncərədən asılı olan vaxt hadisəni görənlər polisə xəbər veriblər. Bir nəfər isə ona kömək etmək üçün binanın divarı ilə yuxarı dırmaşıb. Lakin adam çatan anda qadın özünü saxlaya bilməyib və düşüb. Polis hadisə ilə əlaqədar araşdırma aparır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600