“Sevincimin həddi-hüdudu yoxdur”

kerim

Müğənni Kərim Abbasov xalq artisti Alim Qasımovla birlikdə layihə edib.

Axşam.az-ın məlumatına görə, ifaçılar duet oxuyub.

K.Abbasov bildirib ki, “Allaha fəryad” adlı mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi özünə aiddir:

“Alim Qasımovla möhtəşəm duet və layihə gəlir. Çox fəxr edirəm. Sevincimin həddi-hüdudu yoxdur”.

Duet yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək.