!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyx çağırış etdi

!Reklam – Yazi

1389610697_1373614935_haci-allahsukur2_420x250“Ermənilər özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün dünya xalqlarını erməni terroru ilə bağlı ayıq-sayıq olmağa çağırıb.

Bu gün QMİ-də 31 mart soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, bu soyqırım o vaxt tək azərbaycanlılara yox, bir neçə xalqa qarşı törədilib: “Bunun davam etdirilməsinə imkan tapsaydılar, daha çox xalq buna məruz qalacaqdı”.

A.Paşazadə bildirib ki, ermənilərin məqsədi dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq idi: “Qonşu ərazilərdə bütün xalqlara qarşı bu hadisəni törətmək onların planları idi. O vaxt Türkiyədə də ermənilər tərəfindən xeyli insan soyqırıma məruz qaldı, qırıldı”.

Şeyxülislam deyib ki, Qara dənizdən Xəzər dənizinə qədər böyük dövlət yaratmaq istəyən ermənilər o vaxtdan törətdikləri qırğınları indi də davam etdirir: “Bu, Qarabağda, xüsusilə Xocalıda qabarıq özünü göstərdi. Onlar özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər. Mən və müavinlərim Ermənistanda olduq və oradakı məscidlərin necə dağıdılmasının şahidi olduq”(apa).

www.yenicag.az

655
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv