!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimal qütbündə FANTASTİK TƏTİL – 105 min dollardan keçməyə hazırsınız? - FOTOLAR/VİDEO

!Reklam – Yazi

Gələn il Şimal qütbündə açılacaq “İgloos Hotel” bölgəyə təşrif buyuracaq qonaqlarına şimal ulduzlarını izləmə imkanı verəcək.

Yenicag.az Daily Mail-ə istinadən bildirir ki, bu gözəlliyi seyr etmək turistlərə nə az, nə çox, düz 105 min dollara başa gələcək.

Şimal Qütbündə istifadəyə veriləcək “Igloos Hotel”in kotecləri (ıglolar) lüks şəraitli olacaq və onların ən yüksək mənfi temperatura davamlılığı uğurla sınaqdan keçirilib.

Koteclərin içərisinə tualet, şüşə tavan və divar yerləşdirilib. Ulduzları məhz həmin şüşə tavandan seyr etmək mümkün olacaq.

Qeyd edək ki, “ıglo” bəzi eskimosların daim, yaxud da ov fəslində keçici olaraq, yaşadıqları qardan hazırlanmış evlərdir və inuit dilində “ev” mənasını verir.

Dünyanın ən şimal hissəsində yerləşəcək otel təhlükəli hava şəraiti zamanı etibarlı əraziyə daşına biləcək. Yeməklər, vəhşi təbiətin bələdçisi və təhlükəsiz şəraitdə keçirləcək tətil imkanından gələn il yararlanmaq mümkün olacaq.

Bölgəyə helikopterlə gəlmək mümkün olduğu üçün otel aprel ayında istifadəyə veriləcək. “Luxury Action” təşkilatı tətilin ekoloji cəhətdən təmiz olduğunu və Arktika bölgəsi üçün təhlükə yaratmadığını bəyan edib.

Firuzə Alimova

COP29

www.yenicag.az

6686
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv