!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Simsiz qulaqlıq istifadə edənlərə xəbərdarlıq

!Adviad

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə bəzi “Android” smartfonlarına müdaxilə etməyə müvəffəq olublar.

Yenicag.az xəbər verir ki, ekspertlərin araşdırmasına görə, “Bluetooth” standartını dəstəkləyən qurğular cinayətkarlara smartfona müdaxilə etməyə, fərdi məlumatları oğurlamağa, hətta zəngləri ələ keçirməyə imkan verir.

Hakerlər cihazlara müdaxilə üçün AT-interfeysdən istifadə edirlər. Smartfona göndərilən xüsusi əmrlər nəticəsində təhlükəli bağlantı yaradılır.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Aleksey Qrişin izah edib ki, cinayətkarlar Bluetooth-qurğunun smartfona qoşulması vaxtı yaranan boşluqdan istifadə edirlər.

Onun sözlərinə görə, indi simsiz qurğular və cihazlar arasında rabitə protokolu daha təhlükəsizdir. Buna görə hakerlər yeni üsul (simsiz qarniturlar) axtarıb tapıblar.

Qurğunu daim yeniləyərək təhlükəsizliyi qorumaq olar. Çünki istehsalçılar hər yeniləmədə aşkar edilmiş boşluqları aradan qaldırırlar. /qaynarinfo/

www.yenicag.az

689
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100