Sınaq imtahanının nəticələri bəlli oldu

media-hightechnic-468x90

TQDK1  080714TQDK ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 12-də keçirdiyi sınaq imtahanının nəticələrini açıqlayıb.

Yenicag.az azvision-a istinadən xəbər verir ki, imtahan nəticələri ilə TQDK-nın internet saytına daxil olub və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

Qeyd edək ki, İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 64 binada təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun keçirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600