Sınaq imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

media-hightechnic-468x90

hghgghftTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün sınaq imtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevir, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahan prosesi nəzarətdə saxlanılıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır.

Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa