Şinto inancında yaradılış: Göydə başlayıb yer altında bitən EŞQ HEKAYƏSİ

media-hightechnic-468x90

Dünya mifologiyasında kainatın yaradılma prosesi müxtəlif cür təsvir edilib, bu hadisə ilə bağlı fərqli düşüncələr ortaya atılıb. Bu, ibtidai insanların kainatı anlama cəhdi kimi dəyərləndirilir.

Yenicag.az xəbər verir ki, Şinto inancında da başlanğıc, yəni yaradılışla bağlı maraqlı motivlər var.

Belə ki, burada yaradılış tanrı və ilahəsi İzanagi-no-mikoto ilə İzanami-no-Okamidir.

Bu iki tanrı neft və palçığın formaya salınması ilə ortaya çıxıb. Yaponcada “çağıran qadın” mənasını verən ilahə İzanamai ilə “dəvət edən kişi” anlamındakı göy və işıq Tanrısı İzanagi Kuni-toko-taçinin uşaqlarıdırlar.

İnanışa görə, onlar göyqurşağının üzərində oturub mücəvhərlə bəzədilmiş mizraq vasitəsilə xaosu qarışdıraraq dünyanı yaradıblar. İkisinin münasibətindən dünyaya gələn Hiru-Ko adlı uşaq əlil olduğu üçün onu bir gəmidə suya buraxırlar.

Daha sonra İzanami digər tanrıları – sidiyindən su ilahəsi Mitsu-ha-no-meni, nəcisindən yer tanrısı Hani-yama-himeni doğur. Alov tanrısı Kagutsuçini doğarkən isə yanaraq ölür. Bundan sonra yeraltı dünyasına – Yomi-no-kuniyə gedən İzanaminin arxasınca düşən İzanagi arvadına geri dönməsi üçün yalvarsa da, İzanami ölülər düyasındakı nemətləri daddığı üçün geri qayıtmır.

Tanrı ilə ilahə yeraltı dünyasında da cinsi əlaqəyə girirlər, bundan sonra İzanagi ətrafı aydınladır və İzanaminin bədəninin çürdüyünü, qurdlarla qaplı olduğunu görür. İlahə bundan əsəbləşərək ərindən ayrılır. İzanagi isə cəsədlə cinsi münasibətə girdiyi üçün özünü günahkar hesab edərək suya girir və sol gözündən Günəş, sağ gözündən Ay, burnundan Fırtına tanrıları doğulur. Buna görə də şintolarda su arınma vasitəsidir, hətta “harae” adlandırdıqları xüsusi mərasim də var və onun məhz İzanagi tərəfindən əsasının qoyulduğuna inanırlar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa