Siqaret insanı necə öldürür?-Video
Laboratoriyada aparılmış sınaqlar siqaretin ziyanını əyani sübut edib.
Çində maraqlı laboratoriya tədqiqatları aparılıb. Siqaretin və digər tütün məmulatlarının verdiyi ziyanı praktik göstərmək üçün aparılan sınaqlar video şəklində yayılıb.
Kadrlardan da görünür ki, sağlam ağciyərlərə xüsusi boru vasitəsi ilə siqaret tüstüsü verilir. Bir neçə müddət davam edən bu proses nəticəsində ağciyərlərin rəngində solğunluq müşahidə edilir.
Laborantlar tərəfindən yarılan tənəffüs borusunun içərisi isə qara ləkə və çirklə dolu olub. Həkimlər bununla siqaretin insan həyatına verdiyi ziyanı əyani şəkildə göstərməyə çalışıblar.
Sosial şəbəkələrdə marağa səbəb olan videonu sizə təqdim edirik:(axar.az)