Şirkət təbiətə minlərlə manatlıq ziyan vurdu: Prokurorluğa müraciət edildi

media-hightechnic-468x90

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Cəlilabad və Saatlı rayonlarının ərazilərində ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb.

media-banner_tuq

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenicag.az-a bildirib ki, araşdırma zamanı ağac və kol bitkilərinin Cəlilabad rayonunda “Encom Construction” QSC, Saatlı rayonunda isə fiziki şəxs Rasif Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 18 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Onun sözlərinə görə, faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Baş Prokurorluğuna göndərilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05