Şirvan və Hacıqabul-Kürdəmir seçki dairələrinin 12 məntəqəsində “exit poll” keçirilir -FOTO
46 saylı Şirvan və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairələri üzrə 12 məntəqədə “exit poll” keçirilir.
APA-nın məlumatına görə, 46 saylı Şirvan Seçki Dairəsi (33 məntəqədə 40596 seçici) üzrə Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu və Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Təşkilatı birgə 2 məntəqədə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 5 məntəqədə “exit poll” keçirməyə başlayıb.
58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi (48 məntəqədə 43910 seçici) üzrə ABŞ-ın “AJF & Associates İnc.” şirkəti 2, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə 3 məntəqədə “exit poll” keçirir.
Qeyd edək ki, 46 saylı Şirvan Seçki Dairəsindən 6 nəfər, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən 7 nəfər deputatlığa namizəd kimi qeydə alınıb. Seçkiləri “online” rejimdə izləmək üçün dairələr üzrə 12 və 8 məntəqədə vebkamera quraşdırılıb.