!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şişmiş dişin ev şəraitində müalicəsi - Təbii reseptlər

!Reklam – Yazi

Diş və damaq xəstəlikləri insanların ən çox üzləşdikləri və olduqca incidən bir problemdir.

Yenicag.az xəbər verir ki, Sağlamolun.az bunu nəzərə alaraq diş və damaqda yaranan problemlərin ev şəraitində necə müalicə olunacağını araşdırıb:

Duzlu su: Duzlu su ağız problemlərində ən məşhur istifadə edilən vasitələrdən biridir. Duzlu suyu qarqara edərək şişmiş dişləri müalicə edə bilərsiniz. Bir stəkan ilıq suya bir yemək qaşığı duz əlavə edin və ağızınızı səhər və gecə yeməklərindən sonra yuyun.

Mixək yağı: Mixək yağı, şişmiş dişləri​ müalicə etmək üçün istifadə edilən başqa bir ev üsuludur.

Təsirlənən bölgəyə mixək yağı tətbiq etməklə​ dişətlərinizdəki şişməni azalda bilər. İltihab və ağrını azaltmaq üçün qara bibər ilə qarışıq mixək yağı istifadə edə bilərsiniz. Mütəxəssislər, rahatlamağa köməkçi olmaq üçün mixək çeynəməyi də təklif edirlər.

Soda: Şişmiş dişətlərinə qarşı bir çox insan soda istifadə edir. Sadəcə soda ilə sarıkökü qarışdırıb, dişətlərinizi bu qarışıq ilə masaj etməkdir. Dişlərinizi fırçalamaq üçün soda istifadə edərək də şişmiş dişləri müalicə edə bilərsiniz.

Nanə yağı: Nanə yağının, bakteriyaları yox edən və ağrılı şişməyi yüngülləşdirən, hərarəti aşağı salan xüsusiyyətləri vardır. Barmaqlarınızdan və ya bir pambıqdan istifadə edərək nanə yağı ilə zədələnmiş bölgəyə yüngülcə masaj edin. Lazım olduğunda nizamlı olaraq təkrarlayın. Zədələnmiş bölgədə əzilmiş nanə yarpaqlarını çeynəmək də faydalı olacaqdır.

COP29

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv