Siyəzəndə baş verən yol qəzası ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən Yenicag.az-a verilən məumata görə, hadisə nəticəsində xəsarət alan 10 qadın saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
“Onların hər biri zəruri müayinələrdən keçirilib. Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir”, – məlumatda qeyd olunub.
Mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
1) 1978-ci il təvəllüdlü Hüseynova Gülnarə Balağa qızı
2) 1976-cı il təvəllüdlü Nizamova Şəhla Əfqan qızı
3) 1970 -ci il təvəllüdlü Mirzəyeva Pəri Dilcan qızı
4) 1987-ci il təvəllüdlü Balayeva Səbinə Xanlar qızı
5) 1978-ci il təvəllüdlü Bəylərova Səhər İmamyar qızı
6) 1980-ci il təvəllüdlü Həsənova Mələk Hacrza qızı
7) 1987-ci il təvəllüdlü Zərbəliyeva Gülnar Hacrza qızı
8) 1985-ci il təvəllüdlü İsmayilova Nərmin Rasim qızı
9) 1988-ci il təvəllüdlü Cəfərova Elnurə Vahid qızı
10) 1971-ci il təvəllüdlü Məmmədova Xeyransa.
www.yenicag.az