!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SON DƏQİQƏ! Azərbaycanda mikroavtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var

!Reklam – Yazi

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün saat 10:30-da Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “VAZ 2106″da olan 2 nəfər ölüb, 15-ə yaxın yaralı var.

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

www.yenicag.az

2107
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv