SON DƏQİQƏ! Türkiyə ilə Rusiya razılaşdı - Qərar açıqlandı
Xəbər verdiyimiz kimi, bu gün Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib.
Yenicag.az xəbər verir ki, liderlərin 2 saat 40 dəqiqə davam edən görüşündə İdlib məsələsi müzakirə edilib. Görüşdən sonra açıqlama verən Ərdoğan bildirib ki, atəşkəslə bağlı razılıq əldə edilib.
“Atəşkəs bu gecə saat 00:00-da qüvvəyə minəcək”, – Ərdoğan qeyd edib.
Putin görüşün nəticələrini şərh edərkən “Razılaşdıq. Danışıqların yekunu ilə bağlı sənəd imzalandı” sözlərini deyib.