!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Son zəng" kriminal mahnılara keçdi - Deputat Təhsil Nazirliyini sərt tənqid etdi

!Reklam – Yazi

“Təəssüflər olsun ki, “Son zəng” zamanı kriminal mahnılar daha çox səslənib. Bilmək istəyirəm ki, Təhsil Nazirliyində və məktəbdə olan şəxslər hara baxırlar?”

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

“Başa düşdük, məktəbli kənarda qulaq asa bilər, bunu nəzarətdə saxlaya bilmirik. Amma orta məktəblərdəki tədbirlərdə kriminal həyatı təbliğ edən mahnılara necə göz yumulur və onlar sosial şəbəkələri bəzəyir? Bu haqda düşünməliyik. Sözügedən problemin həlli ilə bağlı aidiyyəti qurumlar konkret iş görməlidirlər. Hər kəs bir-birinin boynuna atır. Heç kim çıxıb açıqlama vermir, nə də problemin həlli ilə bağlı yanaşmanı görmürük”, deyə deputat qeyd edib.

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv