Çinli həkim Şu Ronqiş ötən əsrdə qədim bir resepti üzə çıxararaq, sarımsaqdan yanıqlar əleyhinə məlhəm hazırlayıb. Bu məlhəm yanıq və yara yerini dezinfeksiya etməklə yanaşı, zədələnmiş toxuma hüceyrələrini də bərpa etmək qabiliyyətinə malikdir.
Yenicag.az xəbər verir ki, Ronqiş balzamı adlanan bu məlhəm hətta cərrahi müdaxilə olmadan da yaraların təmizlənməsini və sağalmasını təmin edir.
Tərkibi A, B1, B2 və C vitaminləri, mikro və makroelementlər, sink, dəmir, fosfor, amin turşuları ilə zəngindir. Məcun soyuqdəymədən tutmuş, başağrısı və mədə-bağırsaq problemləri kimi xəstəliklərdə istifadə olunur. Bu qarışığa sonsuzluğun və impotensiyanın da dərmanı deyirlər.
Məlhəmin hazırlanma qaydası:
100 qr. təzə zəncəfil kökü kartof kimi soyulur. Xırda doğranır. 120 qr. sarımsaq təmizlənir. Hamısı bir yerdə blenderdən keçirilir, bərabər tərkibli, yumşaq kütlə alınır. Olduqca şahənə ətri olur. Məcunu steril bankaya yığıb, qapağını bağlayırıq. Bankanı soyuq yerdə saxlamaq lazımdır. Xəstəlik zamanı acqarına gün ərzində 1 çay qaşığı qəbul edə bilərsiniz. Yara və yanıqlarda mükəmməl effektə malikdir.
www.yenicag.az