Sosial adaptasiya mərkəzləri tikilir

media-hightechnic-468x90

44092615Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” adlı beynəxalq tədbirdə deyib.

Onun sözlərinə görə, narkomaniyadan əziyyət çəkən insanlar az deyil: “Xüsusilə, cəzaçəkmə müəssələrindən çıxan insanların bu bəlaya düşmək ehtimalı güclüdür. Bu insanlara da dövlət tərəfindən müəyyən sosial dəstəyin göstərilməsinə ehtiyac duyulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, bu sahədə də bir sıra tədbirlər həyata keçirir. Penitensiar xidmətdən azad ediləcək şəxslərlə cəzaçəkmə müəssələrində cəza müddətinin sonuna 3 ay qalmış görüşlər keçirilir. Narkomaniyadan əziyyət çəkən məhbuslar müəyyən edilir, sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial reabilitasiyaya ehtiyacı olanlar qeydiyyata götürülür. Qanunvericiliyə əsasən keçmiş məhbuslara nazirlik tərəfindən minimum əmək haqqının dörd misli qədər, yəni 420 manat müavinət ödənilir”.

Nazir müavini sosial adaptasiyası mərkəzi tikintisi barədə də danışıb: “Cəzaçəkmə müəssisələrində olan yeniyetmələrin şəxsiyyət vəsiqəsinin alınması üzrə işlər yekunlaşmaq üzrədir. Gələn il Qobustan rayonunda cəzaçəkmə müəssisəsində azad edilmiş şəxslərin sosial adaptasiyası mərkəzinin tikintisi başa çatacaq. Bu 100 nəfərlik sosial adaptasiya mərkəzi olacaq. Orada həm həkim- psixoloq, narkoloq, həm də hüquqşünasların məsləhəti, peşə təlimi nəzərdə tutulub. Hazırda respublikada fəaliyyət göstərən bütün cəzaçəkmə müəssisələrində belə kurslar təşkil edilir”.

(xezerxeber.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600