“Sovetski”-də repressiya

media-hightechnic-468x90

iuhuy6Bakının “Sovetski” məhəlləsində yerli sakinlərin evlərinin sökülməsinə və hər kvadratmetr üçün verilən kompensasiyanın azlığına etiraz olaraq keçirdiyi aksiyada saxlanılan 7 nəfər inzibati qaydada həbs edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbərdə deyilir ki, saxlananlardan Elxan Əliyev və Hikmət Zeynalov 30 sutka, Rəşad Ataşov, Mirislam, Fərid, Pənah, Ülvi adlı şəxslər isə 15 sutka inzibati həbs cəzası alıblar.

Daxili İşlır Nazirliyinin mətbuat xidmətindən dedilər ki, “biz bu haqda məlumat verməmişik, ərazinin daxil olduğu Yasamal rayon polis idarəsi ilə əlaqə saxlayın”.

Yasamal rayon polis idarəsindən bildirdilər ki, DİN-in mətbuat xidməti ilə əlaqə saxlayın. Yenə DİN-in mətbaut xidməti ilə əlaqə saxladıq. Onlar yenə də Yasamal rayon polis idarəsi ilə əlaqə saxlamaq lazım olduğunu dedilər. Yasamal rayon polis idarəsinə təkrar zəng edəndə isə yenə əvvəlki cavabı aldıq.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600