Gülənin həbs olunan adamının Azərbaycanla əlaqəsi üzə çıxdı
ABŞ-da yaşayan Fətullah Gülən Şəbəkəsinin lideri Fətullah Gülən haqqında “Terror şəbəkəsi lideri” maddəsi ilə həbs qəti imkanı tədbiri seçilib.
Yenicag.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl “Paralel əməliyyat” barədə etdiyi çıxışında Fətullah Gülən haqqında da açıqlama vermişdi.
“Fətullah Gülən haqqında məhkəmə qərar verəcək. Bizim hər hansı fikir bildirməmiz düzgün deyil. Ancaq “paralel dövlət”-lə bağlı siyasətimiz qətidir” -deyə baş nazir bildirmişdir.
***
Türkiyədə paralel dövlət strukturları yaratmaq ittihamı ilə Fətullah Gülən Şəbəkəsinə qarşı aparılan istintaq çərçivəsində polis və prokurorluqda 4 gün dindirildikdən sonra həbs qəti imkan tədbiri seçilməsi tələbi ilə məhkəmə önünə çıxarılan 12 nəfər haqqında qərar açıqlanıb. Məhkəmə Ə. Dumanlını ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıb. “Samanyolu” (STV) televiziyasının rəhbəri Hidayət Karaca, eləcə də keçmiş polis rəisləri Tufan Ərgüdər, Ərtan Ərçıktı və Mustafa Kılıçaslan haqqında isə “terror təşkilatına rəhbərlik etmək” ittihamı ilə həbs qərarı verilib.
Həbs olunan şəxslərin Azərbaycanda çox ciddi əlaqələri mövcuddur. Bu şəkildəki şəxslərdən biri “Çağ Öyrətim” MMC-nin direktoru Ənvər Özərəndir. Görünüşdə bağlanan və Zərifə Əliyeva adına liseylərə birləşdirilən, lakin müavini Məsud Kurnazla birlikdə idarə etdikləri liseyləri idarə edən şəxs və Gülənin Azərbaycandakı təhsil imamı.
Yenicag.az