Afrika torpaqlarından çıxarılan 709 karatlıq nəhəng almazın satışından 6,5 milyon dollar gəlir əldə olunub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Sierra Leonedə çıxarılan almaz Nyu-Yorkda keçirilən hərracda satılıb. “Sülh almazı”nı “Graf Diamonds” adlı cəvahirat şirkətinin sahibi Laurens Qraf alıb.
Məlumata görə, almazın satışından əldə olunan gəlirin təxminən yarısı – 2,8 milyon dollar qiymətli daşın çıxarıldığı Koryardu kəndinin inkişafı üçün xərclənəcək.
Qeyd edək ki, indiyə qədər çıxarılan 14-cü ən böyük almaz olan “Sülh almazı”na daha əvvəlki hərracda 7,8 milyon dollarlıq təklif irəli sürülmüşdü. Lakin Sierra Leone hökuməti təklifi qəbul etməmişdi.
www.yenicag.az