!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh müqaviləsi gələn il İMZALANA BİLƏR: “Tərəflər Trampın prezidentliyini gözləyirlər”

!Reklam – Yazi

“Azərbaycan və Ermənistan sülh üçün Trampın prezident səlahiyyətlərini icrasına başlamağı gözləyir”.

Bu sözləri Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının 2025-ci ilə keçirilməsini Yenicag.az-a dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Onun sözlərinə görə, 2025-ci ildə qısa zamanda sülh müqaviləsi bağlana bilər:

“2025-ci ildə Tramp prezident səlahiyyətlərini icra etməyə başlayacaq. Ola bilsin ki, hər iki tərəf Trampın səlahiyyətlərinin icrasına başlamasını gözləyir. ABŞ-nin hazırkı prezidenti Co Bayden tərəflərə məktub göndərmişdi. Ola bilsin, Donald Tramp məktub yox, telefon danışıqları apara bilər. Çünki telefon görüşünün daha təsiredici olma ehtimalı yüksəkdir. Tramp təklif edəcək ki, qısa zamanda sülh müqaviləsini imzalayın. Bu zaman hər iki tərəf sülh üçün daha real addımlar ata bilərlər. Proseslərdə gecikmələr var. Bunun əsas səbəbi Bayden administrasiyası da ola bilər. Hətta Maltadakı görüşlə bağlı Blinken xahiş etdi, ancaq Azərbaycan tərəfi imtina etdi. 2025-ci ildə sülh müqaviləsinin imzalanması gözləniləndir”.

Səxavət Məmməd

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv