!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sülh prosesində YENİ ƏNGƏL: “Vasitəçisiz mümkün görünmür”

!Reklam – Yazi

“Tərəflərin vasitəçisiz sülh bağlaması mümkün görünmür”.

Bu sözləri Ermənistan-Azərbaycan arasında sülhə mane olan səbəbləri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Analitikin sözlərinə görə, Cənubi Qafqazda sülhün olmasına mane olan güclər var:

“Sülhün əldə edilməsi üçün bu yöndə çalışmaq lazımdır. Görünən odur ki, Ermənistan dildə sülh üçün çalışdığını deyir, əməldə isə silahlanır. Ona görə də rəsmi Bakı bildirir ki, qarşı tərəfin silahlandırılması sülhə mane olur.

Ermənistan eyni vaxtda həm Rusiya və Qərb tərəfindən istifadə edilir. Çünki böyük dövlətlərin Cənubi Qafqazda maraqları var. Bu vəziyyətdə heç bir ölkənin maraqlarının təmin edildiyini deyə bilmərik. Ona görə də prosesin bu cür davam etməsi bəzi ölkələrə sərf edir.

Tərəflərin vasitəçisiz sülh bağlaması mümkün görünmür. Çünki böyük dövlətlər buna imkan verməzlər. Ona görə də hazırda sülh müqaviləsi ilə bağlı hər gün fərqli fikir, fərqli münasibətin şahidi oluruq. Qlobal aləmdə proseslər yekunlaşandan sonra Cənubi Qafqazda sabitliyin olacağını deyə bilərik”.

Səxavət Məmməd

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv