“Aydınlaşdırılması vacib olan məsələlər var. Misal, ağır texnikalar nə üçün gəlir? Axı sülhməramlının nəyinə lazımdır ağır texnika? Yaxud gətirilən ağır texnikanı nədə istifadə edirlər ki, yenidən təminat alırlar?”
Bu fikirləri işğaldan azad edilmiş ərazilərdə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Qarabağa təminat danışınılması barədə danışan hərbi ekspert Telman Qasımlı Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasının arxasında bir sıra məqsədlər dayanır:
“Onların səlahiyyətlərinə nələrin daxil olub-olmadığını bilmirik. Xocalı, Qarakilsə hava limanından onların təminat gətirməsinə icazə varmı, varsa, Azərbaycan yoxlayırmı? Bu barədə məlumatlarımız olmadığına görə ortaya bu cür suallar çıxır. Lakin separatçılara təminat daşındığı göz qarşısındadır. Ancaq dəqiq bildiyim tək bir şey var, o da təminatın Qarakilsədə yerləşən hava limanından gəlməsidir. Ayıq-sayıq olmalıyıq.
Aydınlaşdırılması vacib olan məsələlər var. Misal, ağır texnikalar nə üçün gəlir? Axı sülhməramlının nəyinə lazımdır ağır texnika? Yaxud gətirilən ağır texnikanı nədə istifadə edirlər ki, yenidən təminat alırlar? Bu məsələlər aydınlaşdırıldıqdan sonra dəqiq məlumat vermək olar.
Hazırda Azərbaycan ayıq-sayıq, yaranacaq təhlükələrə qarşı adekvat cavab verməyə hazır olmalıdır. Çünki regionda münaqişənin bitməsini istəməyən xarici qüvvələr Qarabağla bağlı ikili oyunlar oynayır. Laçın yolu ilə bağlı özlərindən əsassız qərarlar çıxardır, Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar verirlər. Lakin hər kəs bilməlidir ki, Laçın Azərbaycan ərazisidir və Azərbaycan öz ərazisində istədiyini edə bilər.
Hazırda sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasında ermənilərin bir sıra məqsədləri var. Əsas səbəb isə ermənilərin beynəlxalq arenalarda öz xeyirlərinə qərar qəbul edilməsinə nail olmaqdır”.
Nəsimi Ələsgərli
www.yenicag.az