Şumaxerdən xoş xəbər
Evində müalicə alan F1 əfsanəsi Mixayel Şumaxerin səhhətinin yaxşılaşdığı bildirilir.
Yenicag.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, artıq, Şumaxer ailəsini tanıya bilir, onlara əlaqə yaradır və az da olsa hərəkət edir.
Mixayeli ziyarət edən Formula 1-in keçmiş sürücüsü Filipp Sterif onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib. O, Fransada qəzetlərin birinə verdiyi müsahibəsində “Əfsanəvi sürücü olan Şumaxer həyat yoldaşını və övladlarını tanıyıb. Lakin danışa bilmir. Yaddaşında isə problemlər var. Hələ ki, yeriməkdə də çətinlik çəkir”.
Həkimlərin diaqnozuna əsasən, Mixayel 2 il ərzində əsa ilə yeriyə biləcək. Xatırladaq ki, ötən ilin dekabrın 29-da Fransada Mixayel Şumaxer xizəkdə şürüşərkən yıxılıb və başı dəyib. Nəticədə Şumaxer ciddi zədə alıb və bir müddət huşsuz vəziyyətdə olub. Səhhətində isə mövcud xəsarətlər bu günə qalıb.