!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

#Сümhuriyyətüçünyaz və 1000 manat QAZAN – “Yeni Çağ”ın "Palmali Qrup" ilə yeni layihəsi

!Reklam – Yazi

2018-ci ildə 100 illik mirasın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar “Yeni Çağ” Media Qrupu da bir sıra tədbirlər planı nəzərdə tutub. Bunlardan biri də “Palmali Qrup”un baş sponsorluğu ilə “Yeni Çağ”ın elan etdiyi #cümhuriyyətüçünyaz müsabiqəsidir.

Yenicag.az xatırladır ki, 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti  cəmi 23 ay yaşamasına baxmayaraq, bu zaman kəsiyində 155 parlament iclası keçirilib, Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin hazırlayıb. Və bu tarixi varislik üzərində 1991-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edərək yeni müstəqil Azərbaycan dövlətini yaratdı. Çətin şəraitdə yenidən qurulan Azərbaycan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə rahat nəfəs aldı və dövlət müstəqilliyimiz qorundu. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında inkişaf etməkdədir.

#Cümhuriyyətüçünyaz həştəqi ilə təqdim olunan müsabiqənin əsas məqsədi AXC tarixini yaxşı bildiyinizi üzə çıxarmaqla yanaşı bunu daha yaradıcı şəkildə təqdim etməyinizdir. Seçilən qalibə 1000 manat, 2-ci yerə 500 manat, 3-cü yerə isə 300 manat təqdim olunacaq. Postu yazarkən diqqətli olun, hər bir istifadəçi yalnız 1 (bir) post yaza bilər. Maksimum yazı sayı 200, minimum isə 10-dur.

Müsabiqə 28 mayda başa çatacaq və qaliblər elan olunacaqdır.

Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun bu müsabiqəsi “Palmali” Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqəyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Türkiyə Evi (ATEV), “Büyükfırat” Şirkətlər Qrupu, “Hilal” İctimai Birliyi və “Lombard N:1” dəstək verir. 

Layihədə iştirak etmək üçün klikləyin.

https://cumhuriyyetucunyaz.yenicag.az

COP29

www.yenicag.az

4965
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv