Sumı vilayətində 180-dən çox yaşayış məntəqəsinin sakinləri təxliyə edilir

media-hightechnic-468x90

Ukrayna hakimiyyəti Sumı vilayətinin 183 yaşayış məntəqəsinin sakinlərini evakuasiya etmək niyyətindədir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko özünün “Telegram” kanalında yazıb.

 

Son zamanlar bu bölgədə hərbi əməliyyatların intensivliyi artıb. Bunun fonunda avqustun 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sumı vilayətində 20 kilometrlik sərhəd zonasında “bütün kateqoriyadan olan vətəndaşların” gediş-gəlişinə qadağa qoyulduğunu elan edib.

“İlkin olaraq 183 yaşayış məntəqəsinin əhalisi təxliyə edilir”, – nazir vurğulayıb.

O əlavə edib ki, indiyədək hakimiyyət orqanları 20 mindən çox vətəndaşı təxliyə edib, 2,5 minə yaxın uşaq rayondan çıxarılıb./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05