Lənkəran və Sumqayıt sakinlərindən silah-sursat götürülüb.
Yenicag.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kotec qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Şiriyevdən nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 2 ədəd patron götürülüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərovdan isə 1 ədəd qumbara və 1 ədəd nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şössesindən 1 ədəd “F-1”, 2 ədəd “RQD-5” markalı qumbaralar və 53 ədəd patron tapılıb.
Araşdırma aparılır.
www.yenicag.az