Sumqayıtda mikroavtobus dirəyə çırpıldı - Ölən var

media-hightechnic-468x90

Bakı-Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə,  hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

Piyadanı vuran “Mercedes Sprinter” markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.

Nəticədə piyada ölüb, sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600